(29.3.1943, Bakı) – Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru (1988), professor (1989). Azərbaycan Dövlət Universitetinin fizika, P.Lumumba adına Xalqlar Dostluğu Universitetinin (Moskva) tibb fakültəsini bitirmişdir. Azərbaycan EA Fizika İnstitutunda, Fəlsəfə və Hüquq İnstitutunda müvafiq olaraq laborant, kiçik elmi işçi və baş elmiş işçi vəzifələrində çalışmışdır. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun dosenti, SSRİ EA-nın doktorantı, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun professoru, Azərbaycan Ali Sovetinin Proqnozlaşdırma Mərkəzinin məsləhətçisi, Azərbaycan Milli Aerokosmik Agentliyinin baş elmi işçisi olmuşdur.
2010 ildən BDU-nun fəlsəfə kafedrasının professorudur. Müasir tibb elmi və biologiyanın nəzəri və fəlsəfi problemlərinə həsr olunmuş elmi konfranslarda iştirak etmişdir. Bolqarıstanda və Almaniyada keçirilən ümumdünya fəlsəfə konqreslərinin, Rusiyada keçirilən məntiq, metodologiya konqresinin fəal iştirakçısı olmuşdur. Fizika, riyaziyyat, tibb, fəlsəfə və təbiətşünaslığın ümumi problemləri ilə bağlı 200 elmi əsərin müəllifidir.
Məlumat F.Əfəndiyevdən alınmşdır.