(1.10.1954, Kəlbəcər r-nunun İstisu q. – 2.1.1994, Ağdam r.) – Qarabağ müharibəsi şəhidi. İstisu qəsəbə orta məktəbini bitirmişdir (1971). Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1979 ildə ailə həyatı qurmuşdur. 1984 ildə işi ilə əlaqədar olaraq Şamaxı rayonunun Meysəri kəndinə köçmüşdür. Gəncə Kənd Təsərrüfatı Texnikumunu bitirmişdir. 1993 ildə könüllü olaraq cəbhəyə yollanmışdır. Ağdam rayonunun Güllücə kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuşdur.
Əd.: “Şamaxı tarix-diyarşünaslıq muzeyi”, Bakı, 2009, s.175