(30.7.1896, Şamaxı – ?) – Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Şamaxı realnı məktəbini bitirmişdir (1917). Parlamentin 1919 il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini kimya sahəsində davam etdirmək üçün Almaniyanın Berlin Universitetinə göndərilmişdi. Azərbaycanda sovet hakimiyyəti dövründə xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-25 illər üçün məlumatında onun təhsilinin bitməsinə 1 il qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat yoxdur.
Əd.: Azərbaycan Xalq Cünhuriyyəti Ensiklopediyası, I cild, Bakı, “Lider-Nəşriyyat”, 2004, s. 321