QAFUR RƏŞAD
Qafur Ələkbər oğlu Mirzəzadə (6.5.1884, Şamaxı – 26.11.1943, Bakı) – maarif xadimi, naşir-mühərrir, publisist, tərcüməçi, coğrafiyaşünas. Şamaxıda mollaxanada (1890-94), şəhər məktəbində (1894-1901), Bakıda Ali Pedaqoji İnstitutda (1923-27) təhsil almışdır. Bakıda III Aleksandr kişi gimnaziyasındakı xüsusi komissiya qarşısında imtahan verib (1901) Azərbaycan dili müəllimi vəsiqəsi almışdır.