DİDƏ
Mirzə Nəsrulla Qurbanbəyovun təxəllüsü, (?, Şamaxı – 1870, Şamaxı) – Azərbaycan şairi. Təbrizdə ruhani təhsili almışdır. Ərəb, fars, rus və erməni dillərini öyrənmiş, uzun müddət mirzəlik etmişdir. Həyatının son illərində Şamaxıda məktəb açmışdır. İctimai məzmunlu şeirləri, vəsfiyyə, qəsidə və mənzum hekayələri var (“Bahariyyə”, “Pul”, “Vəsiyyət”, “Təlayə dəyər”, “Nə etibar”, “Pişvaçilərdən nümunələr” və s.). Şeirləri bədii sənətkarlığı ilə seçilir.
Əd.: ASE, III cild, Bakı, 1979, s. 443