Azərbaycanın qiymətli süfrə üzüm sortudur. Əsasən Şamaxıda, qismən də Abşeron, Ağsu, İsmayıllı və Gəncədə becərilir. Tənəyi güclü boy atır. Giləsi tünd-qırmızı yaxud tünd-yaşıldır. Tam yetişdikdə açıq-qara olur. Vegetasiya dövrü 154-180 gündür. Şirəsində 19,2 % şəkər, 5,3 qr/l turşu olur. Əkildikdən 4 il sonra məhsul verir. Tünd-şabalıdı torpaqlarda yaxşı inkişaf edir. Azərbaycanın üzüm sortları standartına daxildir.
Əd.: “Şamaxı tarix-diyarşünaslıq muzeyi”, Bakı, 2009, s. 21