(9.7.1926, Şamaxı – 22.12.1969, Bakı) – neftçi-geoloq. Azərbaycan SSR əməkdar mühəndisi. Lenin mükafatı laureatı (1961). Geologiya-mineralogiya e.n. (1960). Neft Daşları NMİ-nin baş geoloqu (1952-60), Azərbaycan SSR EA Neft və Qaz Yataqlarının İşlənməsi İnstitutunun elmi işlər üzrə direktor müavini (1960-63), “Dənizneft” istehsalat birliyinin baş geoloqu (1963-69) olmuşdur.
Əsasən, dənizneft yataqlarının geologiyası, kəşfiyyatı və səmərəli işlənməsi problemləri sahəsində elmi tədqiqatlar aparmışdır. Neft Daşları, Palçıq sopkası, Qum adası dəniz, Cənub, Sanqaçal-dəniz-Duvannı-dəniz-Bulla adası və Bahar neft-qaz yataqlarının kəşfində iştirak etmişdir. Lenin ordeni və Qırmızı Әmək Bayrağı ordeni ilə təltif olunmuşdur.
Əd.: ASE, VIII cild, Bakı,1984, s. 377