(10.08.1914, Şamaxı – ?) – Azərbaycan neftçi alimi, texnika elmləri namizədi (1966). Lenin mükafatı laureatı (1963), Azərbaycan SSR əməkdar mühəndisi (1964), SSRİ-nin fəxri neftçisi (1974). 1934-40 illərdə Bakının neft mədənlərində işləmişdir. 1940 ildən 1945 ilə qədər Uzaq Şərq Neft Birliyinin rəis müavini, Krasnodar Neft və Qaz Kəşfiyyatı Trestinin müdiri (1945-52), Şimali Qafqaz Xalq Təsərrüfatı Şurası Neft və Qaz Sənayesi İdarəsinin rəisi (1963-65), SSRİ Neftçıxarma Nazirliyinin Cənub Baş Neftçıxarma idarəsinin rəisi (1965-70), SSRİ Neft Sənayesi Nazirliyinin Texniki-İqtisadi İdarəsi rəisi olmuşdur (1970-76). 1976 ildən Elmi-Tədqiqat Qazıma Texnikası İnstitutunun elmi işlər üzrə direktor müavini olmuşdur. Elmi-tədqiqat işləri, əsasən dərin neft və qaz quyularının qazılmasına, ölkəmizdə qazıma işləri texnikasının, texnologiyasının təşkilinin və iqtisadiyyatının təkmilləşdirilməsinə, quyuların qazılmasında yeni qaynaq konstruksiyalı boruların yaradılması və tətbiqinə, neft sənayesinin avtomatik idarəetmə sisteminin işlənilib hazırlanmasına və s. həsr olunmuşdur. İxtiraları var. 2 Qırmızı Əmək Bayrağı, Şərəf nişanı ordenləri və medallarla təltif edilmişdir.
Əd.: ASE, III cild, Bakı, 1979, s. 60