(1.1.1959, Ağsu r-nunun Gəgəli k.) – idmançı, sərbəst güləş üzrə beynəlxalq dərəcəli idman ustası, Azərbaycan Respublikasının əməkdar məşqçisi. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. 1982 ildən Abşeron rayonunda məşqçi kimi fəaliyyət göstərir. Sərbəst güləş üzrə yeniyetmə qızlardan ibarət yığma komandanın baş məşqçisidir. Dəfələrlə SSRİ və Azərbaycan çempionu, SSRİ Silahlı Qüvvələrinin çempionu, veteranlar arasında 3 dəfə dünya çempionu olmuşdur.
Məlumat H.Məmmədyarovdan alınmışdır.