Şamaxı r-nu Hacıqədirli kənd i.ə.d.-nin mərkəzi. Şirvan düzündədir. Əhalisi 525 nəfər (2009), 94 təsərrüfatı var. Əhali əsəsən kənd təsərrüfatı, əkinçilik və maldarlıqla məşğul olur.
19 əsrin 1886 illərində Bakı quberniyasının Cavad qəzasında Hacıqədirli köçü (79 ailə, 327 nəfər əhali), bundan əlavə həmin quberniyanın Şamaxı qəzası Ərəbsarvan kənd icması daxilində Sarvan-Hacı Qadir kəndi (26 ailə, 173 nəfər əhali) qeydə alınmışdır. Haciqədirlilər Cavad qəzasında maldarlıqla məşğul olmuşlar. Onlar yayı Dağlıq Şirvanda, qışı isə Şirvan düzündə keçirirdilər. Müasir Şamaxı rayonu Hacıqədirli kəndinin Hacı Qədir adlı şəxsin nəslinə mənsub əhalisi bir neçə elatdan ayrılaraq bu kənddə məskunlaşmışdır.
Əd.: ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 220
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.43-44