HƏSƏN İBN RZA ŞİRVANİ
(18 əsr). Azərbaycan əczaçısı və “Siracüt-tibb” (“Tibbin çırağı”) əsərinin müəllifidir. Fars dilində yazılmış bu məşhur əsərdə yüzlərlə dərman nüsxələri göstərilmişdir. “Siracüt-tibb” orta əsr Azərbaycan əczaçılarının stolüstü kitabı olmaqla yanaşı, qonşu Şərq ölkələrində də məşhur idi. Kitabda mürəkkəb tərkibli nüsxələrdən bəhs olunur.