HUŞƏNG
(? – 1382) – Şirvanşah [1372/73 – 1382], Kavusun oğlu, Kəsranilər sülaləsindən idi. Numizmatik materiallar Huşəng ibn Kavusun zamanında Şirvanşahın Cəlairilərdən asılılığını təsdiq edir. Mənbələrdə Huşəngin öz dövrünə görə təhsil görmüş hökmdar, həm də tanınmış şair olduğu qeyd edilir.