(?-?) – Şirvanşah [1260 – 1282/83], II Axsitanın oğlu, Kəsranilər sülaləsindən idi. 13 əsrin ikinci yarısından Şirvanşahların sikkəsi ya kəsilməmiş, ya da hələ aşkar edilməmişdir. II Axsitandan sonra gələn Şirvanşahlar haqqında yalnız epiqrafik mənbələrdən xəbər ala bilirik. Ola bilsin ki, Fərruxzad yaxşı müdafiə olunan Bakı qalasında yaşamışdır.
Əd.: S. Aşurbəyli “Şirvanşahlar dövləti” ,Bakı, “Avrasiya Press”, 2006, s.188-190