ŞAMAXI RAYONU
Azərbaycan Respublikasında inzibati rayon. 1930 ildə təşkil edilmişdir. Böyük Qafqazın cənub-şərqində yerləşir. Sahəsi 1610 km2, əh. 87.4 min nəfərdir (1.1.2006). Mərkəzi Şamaxı şəhəridir.
Azərbaycan Respublikasında inzibati rayon. 1930 ildə təşkil edilmişdir. Böyük Qafqazın cənub-şərqində yerləşir. Sahəsi 1610 km2, əh. 87.4 min nəfərdir (1.1.2006). Mərkəzi Şamaxı şəhəridir.
1945 ildə Şamaxı Ölkəşünaslıq Muzeyi adı ilə təşkil olunmuşdur. Muzeyin ilk rəhbəri görkəmli filoloq alim Bilal İbrahimov olmuşdur. Bir neçə il ərzində muzeyə xeyli eksponat toplanılmış, 1948 ildə ilk ekspozisiya tərtib olunmuşdur. Sonralar muzeyə eksponatların cəlb edilməsində bütün Şamaxı ziyalıları yaxından iştirak etmişdir. 1950-2000 illərdə Şamaxıda arxeoloji tədqiqat aparan arxeoloqlar-Cabbar Xəlilov, Hüseyn Ciddi, Aləm Nuriyev, Şirzad Əhmədov muzeyə xeyli arxeoloji materiallar vermişlər. Hazırda muzey 7000-dən çox eksponata malikdir. Seyid Əzim Şirvaninin adını daşıyır.
Əd.: “Şamaxı tarix-diyarşünaslıq muzeyi”, Bakı, 2009, s.12
Qurğuşun çiçəyi fəsiləsindən Azərbaycanın məhdud endemik bitki növüdür. Dəvəçi rayonunda Ərəblər, Güləh, Daşlı Calqan kəndləri ətrafında, Ağburun dağında, Şamaxı rayonunda yayılmışdır. Aşağı dağ qurşağının quru, daşlı yamaclarında bitir.
Əd.: Azərbaycan SSR-in Qırmızı kitabı, Bakı, “İşıq”, 1989, s.469-470
Azərbaycan Xalq Cümhuriyyəti dövründə sosial-mədəni sahədə fəaliyyət göstərmiş klub tipli müəssisə. 1919 il iyulun 2-də təsis edilmişdi.
Əd.: Azərbaycan Xalq Cünhuriyyəti Ensiklopediyası, II cild, Bakı, “Lider-Nəşriyyat”, 2004, s. 364
Şirvan xanlığı – 18 әsrin ortalarında Azәrbaycanda feodal dövlәti. Bakı, Quba, Şәki, Qarabağ, Cavad xanlıqları vә Salyan sultanlığı ilә hәmsәrhәd idi. Paytaxtı bir müddәt Ağsu (Yeni Şamaxı) vә Şamaxı, sonralar isә Şamaxı şəhəri olmuşdur.
Böyük Qafqazın cənub-şərq batımında yerləşir. Sahədə çoxlu palçıq vulkanı var. Geoloji quruluşunda Orta Yuradan (Mezozoy) Üst Pliosenədək (Kaynozoy) olan çöküntü kompleksi öyrənilmişdir. Sahə eyniadlı sinklinoriumu əhatə edir. Beş böyük tektonik zonaya ayrılır: Şimal, Mərkəz, Cənub-Qərb, Cənub-Şərq və ya Ceyrankeçməz depressiyası və Әlət-Ləngəbiz. Bu zonaların, xüsusilə Şimal tektonik zonasının quruluşu olduqca mürəkkəbdir. Şimal zonası böyük ölçülü uzununa, eninə qırılmalarla, üstəgəlmələrlə mürəkkəbləşmişdir.
Daşişləmə sənəti Şamaxıda qədim və ənənəvi sənət sahələrindən biri olmuşdur. 19 əsrin ortalarında Cənubi Qafqazda daşişləmə sənətinin inkişaf etmiş istehsal mərkəzləri arasında Şamaxı qəzası xüsusi yer tuturdu. Feodalizm dövründə Azərbaycanda daşyonma və daş üzərində oyma sənətləri xüsusilə şəhər və qala tipli məskənlərdə daha çox tərəqqi etmişdir. Bu cəhətdən Şirvan – Abşeron memarlıq məktəbinin rolu böyük olmuşdur.
Şirvanda – Şamaxıda yerli ipək parça istehsalı şərbaflıq ev peşəsi və karxana toxuculuğu (əmtəə istehsalı) olmaqla iki formada təsadüf edir. İpək bilavasitə toxuma prosesinə daxil olmazdan əvvəl bir sıra emal və texniki istehsal prosesindən keçirdi. Əvvəlcə barama boğulur, sonra sabunlu suda qaynadılaraq “mancılıq” vasitəsilə açılırdı. Bundan sonra o “çarxto” adlanan dəzgahda tovlanaraq “kələf”, yaxud “tovlu” halına salınırdı. Bu, “xam ipək”, yaxud “xama” adlanırdı. Dağılmamaq üçün xam ipək kələfləri “bağ” halına salınırdı. Əsrlər boyu barama sadə xalq üsulu ilə boğulmuşdur.
Rəngarəng və zəngin xüsusiyyətlərə malik olan tikmə sənəti peşəkar Şirvan sənətkarları arasında geniş yayılmışdır. Qədim ənənələrə malik bədii tikmə sənəti Şamaxı qadınlarının əsas peşələrindən birinə çevrilmişdir. Güləbətin, pilək, zərənduz, təkəlduz, xanduz, oturtma və muncuqlu bədii tikmə növləri öz orijinallığı ilə seçilərək Şirvan əhalisinin geyim və məişət örtüklərinin əsas bəzəyini təşkil edirdi.
(? – ?) – ustad bənna. Şamaxıdakı Yeddi Günbəz məqbərələrindən birini inşa edən (1810). Abidə üzərindəki yazıdan başqa, onun haqqında məlumat Gürcüstanın mərkəzi arxivində saxlanılır.
Əd.: А.В.Саламзаде “Архитектура Азербайджана”, Баку, Издательство Академии Наук Азербайджанский ССР, 1964, с.226