MURAD MİRZALI OĞLU
(1820, Şamaxı ş – 1890, Şamaxı ş.) – balaban ifaçısı. İlk təhsilini mollaxanada almışdır. 9-10 yaşlarında bu sənətə maraq göstərmişdir. 15 yaşında atıq mükəmməl balaban ifaçısı idi.
Xüsusən dəmkeşlərə məxsus fasiləsiz ifa üsulunu mənimsədiyindən, balaban və zurna ifaçılığında böyük uğurlar qazanmış və mahalda ustad balaban ifaçısı kimi tanınmişdır. Mahmud ağanın ən sevimli musiqiçisi olmuşdur.