GƏRŞƏSB I
(? – ?) – Şirvanşah [1204-25], I Fərruxzadın oğlu, Kəsranilər sülaləsindən idi. Onun adından kəsilmiş bir neçə variantlı, lakin eyni məzmunlu aşağı əyarlı sikkə qalmışdır. Gerşasbin adını Kür və Araz çayları arasında yerləşən və Xəzər dənizinin sahillərinədək uzanan Güştəsbi (Güştəsfi) vilayətinin adı ilə bağlayırlar. Onun hakimiyyəti dövründə 13 əsrin 20-ci illərinədək şəhər həyatı, sənətkarlıq, ticarət və tikinti inkişaf etmişdir. Monqollar Azərbaycan və Şirvan ərazisində ilk dəfə peyda olmuş və Şamaxını talan etmişlər.