(31.12.1909, Şamaxı ş.-30.5.1972, Bakı) – Azərbaycan coğrafiyaşünası, okeanoloq. Coğrafiya e.d. (1951), professor (1951), Azərbaycan SSR EA müxbir üzvü (1969). Leninqrad Su Mühəndisləri İnstitutunu bitirmişdir (1933).
BDU-da fiziki coğrafiya kafedrasının müdiri (1952-58), elmi işlər üzrə prorektor (1954-57), Azərbaycan SSR EA Coğrafiya İnstitutunun direktoru (1957-62), Xəzər problemləri bölməsinin rəhbəri (1957-72). SSRİ EA Okeanoqrafiya şöbəsi Aral-Xəzər bölməsinin və Azərbaycan SSR EA Xəzər komissiyasının (1953 ildən ömrünün sonunadək), Azərbaycan SSR Coğrafiya Cəmiyyətinin (1958-70) sədri olmuşdur. Әsərləri əsasən, Xəzər dənizinə, Azərbaycan SSR-in fiziki coğrafiyasına həsr edilmişdir. Azərbaycan SSR-in fiziki coğrafiyasına dair orta məktəb dərsliyi yazmış, kadrlar hazırlanmasında xidməti olmuşdur. Gül okeanoloqların 1-ci ümumdünya qurultayında (Nyu York 1959) Dünya Okeanının səviyyəsinə aid məruzə etmişdir. “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur.
Əd.: ASE, VI cild, Bakı, 1982, s.115-116
“Azərbaycanın coğrafiyaçı alimləri”, Bakı, Elm, 2013, s. 24