PADARLAR
Oğuz-səlcuq tayfası. Tədqiqatçılara görə padarlar Elxanilər dövründə (13 əsr) Orta Asiyadan Azərbaycana gəlmişlər. Padarlar Azərbaycanın cənubunda yaşamış, Səfəvilər dövründə (16-17 əsrlərdə) dağlı tayfalarının basqınlarının qarşısını almaq üçün Azərbaycanın şimal zonasına köçürülmüşdülər. Şahsevən tayfa ittifaqında mühüm rol oynayan padarlar sonralar müəyyən ictimai-iqtisadi hadisələrlə əlaqədar müxtəlif ərazilərə səpələnmişdilər. Padarların mərkəzi Şamaxı olmuşdur. Şamaxı zəlzələsindən sonra müxtəlif bölgələrə yayılmışlar. Ağsu, Dəvəçi, Hacıqabul, Xaçmaz, Qubadlı və Oğuz rayonlarında “Padar” adlı kənd var.
Əd.: 1. ASE, VII c, Bakı, 1983, s.426-427
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s.150
Dr. Yaşar Kalafat “Padar türklərində halk inancları”, “Serhat kültür” dergisi, İstanbul, 2008