NABURLI BADAM
(təx. 1880/82, Şamaxı qəz., Nabur k. – ?) – şair. Kiçik yaşlarından söz qoşmağa həvəs göstərmişdir. Bir sıra şeirləri dövrümüzədək gəlib çatmışdır.
(təx. 1880/82, Şamaxı qəz., Nabur k. – ?) – şair. Kiçik yaşlarından söz qoşmağa həvəs göstərmişdir. Bir sıra şeirləri dövrümüzədək gəlib çatmışdır.
Şamaxı r-nu Nağaraxana kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 14 km şimalda, Şamaxı – Dəmirçi avtomobil yolu kənarında, Nağaraxana yaylasının sənub-qərb yamacındadır. Әhalisi 864 (2009) nəfərdir, 212 təsərrüfatı var. Tam orta və ibtidai məktəb, klub, kitabxana, kinoqurğu, tibb məntəqəsi var. İkinci Dünya müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur.
Şamaxı və Quba r-nları sərhədində dağ. Zarat Xeybəri kəndinin şərqindədir. Hün. 2310 m. Ədəbiyyatlarda Qaragilə, Nargilə kimi də qeyd olunan dağın adı yerli əhali arasında və həmin r-nların torpaq xəritələrində Nərəgələ formasında da işlənir. Güman etmək olar ki, dağın adı bitki adı ilə ya da dəvəçiliklə bağlı yaranmışdır.
(21.8.1930, Ağdaş r-nunun Üçqovaq k. – 15.3.2012, Bakı) – Azərbaycan ədəbiyyatşünası, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), filologiya elmləri doktoru (1970), professor (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978). Azərbaycan SSR Əməkdar elm xadimi (1990). Əmək fəaliyyətinə müharibə illərində başlamışdır. Ağdaş radio şəbəkəsinin diktoru işləmişdir (1945-47).
(1.5.1965, Şamaxı r-nunun, Şıxzərli k.) – Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti (2011). A.Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. 2000 ildən Bakı Musiqi Kollecində müəllim işləyir. 2003 ildən Azərbaycan Milli Konservatoriyasının muğam şöbəsində müəllim kimi fəaliyyət göstərir. Xalq mahnılarının və muğamların mahir ifaçısı kimi dəfələrlə xarici ölkələrdə qastrol səfərlərində Azərbaycanı layiqincə təmsil etmişdir.
(1.7.1957, Şamaxı ş.) – Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru (2008), professor (2013). Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Əsas tədqiqat sahəsi parametrli (Morri tipli) fəzalar ailəsinin qurulması və bu fəzalardan olan funksiyaların diferensial və diferensial-fərq xassələrinin araşdırılması ilə bağlıdır. Ölkədə və xaricdə dərc olunmuş 70 – dən artıq elmi əsərin və dərs vəsaitinin müəllifidir.
(10.10.1948, Şamaxı) – ictimai xadim. Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. 1971 ildən komsomol işində çalışmış, Azərbaycan komsomolunun Mərkəzi Komitəsində təlimatçı işləmişdir. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətində baş məsləhətçi, şöbə müdirinin müavini, Ali Sovet sədrinin katibliyinin rəhbəri, sədrin müşaviri vəzifələrində çalışmışdır. Bir sıra qanun layihələrinin hazırlanmasında iştirak etmişdir. Hazırda Azərbaycan Marketinq Assosiasiyasının prezidentidir.
(22.2.1922, Şamaxı ş. – 12.7.1991, Bakı) – ictimai-siyasi xadim. Azərbaycan Dövlət Universitetini bitirmişdir. İkinci Dünya müharibəsində iştirak etmişdir. 30 ilədək müddət ərzində dövlət təhlükəsizliyi orqanlarında çalışmış, sıravi əməkdaşdan Azərbaycan DTK-nın daxili təhqiqat idarəsinin rəisi vəzifəsinədək uzun yol keçmişdir. 1971 ildən Azərbaycan KP Əzizbəyov rayon komitəsinin birinci katibi vəzifəsində işləmişdir.
İsmayılov Nəcəfqulu Əbdülrəhim oğlu (1923, Bakı – 1990, Bakı) – Azərbaycan rəssamı, qrafik, əməkdar incəsənət xadimi (1963). Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirmişdir. Məişət və tarixi mövzularda əsərlərin, eləcə də tanınmış şəxslərin portretlərinin müəllifidir (“Qubalı Fətəli xan”, “Səməd Vurğun”, “Memar M.Useynov”, “Üzeyir Hacıbəyov” və s.). 1952-79 illərdə “Kirpi” jurnalı üçün karikaturalar və yumoristik rəsmlər çəkmişdir.