Cari bölmə: M
- M
MUSƏVİ Seyid
Mir Həsən Hacı Mirağa oğlu Möhsünov (1882, Şamaxı – 17.6.1907, Bakı) – Azərbaycan yazıçısı. 1903 ildən inqilabi və sosial-demokrat hərəkatında iştirak etmişdir.
MUSTAFA XAN
(? – 1844, Şamaxı) – Şamaxı xanı [1791/92-1820], Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü (1795) zamanı İran qoşunlarına müqavimət göstərmişdi. 1796 ildə Azərbaycandakı rus qoşunlarının komandanı general V.Zubovla aralarında ixtilaf baş verdiyinə görə hakimiyyətdən salınıb əmisi oğlu Qasım bəylə əvəz olunmuşdu.
MUSTAFALI
Şamaxı r-nu ərazisində çay. Çay eyniadlı yaşayış məntəqəsinin adını daşıyır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, “Şərq-Qərb”, Bakı, 2007 s. 123
MUSTAFAYEV Arif Nadir oğlu
MUSTAFAYEV Asif Aftandil oğlu
(9.1.1974, Ermənistan SSR Vardenis r-nu (Şamaxı r-nunun Mədrəsə qəsəbəsindən hərbi xidmətə çağırılmışdır) – 20.11.1993, Ağdərə r-nunun Gedaşen k. həlak olmuşdur) – Qarabağ müharibəsi şəhidi.
MUSTAFAYEV Azər Məmməd oğlu
MUSTAFAYEV İbad Sultan oğlu
(1911, Şamaxı ş. – 1970 – Bakı) – litologiya sahəsində Azərbaycan alimi, geologiya-mineralogiya elmləri doktoru (1961), professor (1962). Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. Bibiheybət NMİ-də geoloq, Qarabağ rayon Partiya Komitəsinin katibi vəzifələrində çalışmış, Azərbaycan EA Geologiya İnstitutunda və Azərbaycan Sənaye İnstitutunda işləmişdir.
MUSTAFAYEV Qədim İbrahimxəlil oğlu
(1924, Şamaxı r-nunun Məlikçobanlı k. – 1992, Bakı ) – Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru, professor. Azərbaycan Dövlət Universitetini bitirmişdir. 20 əsrin əvvəllərində Azərbaycanda islam ideologiyasına dair tədqiqatın müəllifidir.
MUSTAFAYEV Ramiz Hacı oğlu
(16.10.1926, Türkmənistan Respublikası, Cərco ş. – 10.4.2008, Bakı) – Azərbaycan bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi (1973), Azərbaycan Respublikasının xalq artisti (1987), professor (2001). Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1968-73) olmuşdur.