KAFİYƏDDİN ÖMƏR İBN OSMAN
(11 əsrin sonu – 12 əsrin birinci yarısı) – erkən orta əsr təbabətinin və fəlsəfəsinin, farmakologiya və elm nəzəriyyəsinin bilicisi, nəhəng elm təşkilatçısı. Xaqani Şirvaninin əmisidir. Böyük filosof, riyaziyyatçı, astronom, kimyaçı, həkim kimi daha çox tanınmışdır. Dünyanın maddi cəhətdən mövcudluğunun ardıcıl təbliğatçısı idi.
KALVALI ƏLİ DƏDƏ
KASPİ VİLAYӘTİ
Çar hökümətinin Qafqazda 1840 il 10 aprel tarixli inzibati islahatına əsasən yaradılmışdı (1841, 1 yanvar). Mərkəzi Şamaxı ş. olmuşdur. Kaspi vilayətinin tərkibinə Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı, Dərbənd, Quba qəzaları daxil idi.
KAVEROÇKİN Mixail Pavloviç
KAVUS
(? – 1372/73) – Şirvanşah [1345 – 1372/73]. Keyqubadın oğlu. 14 əsrin 30 illərindən ölkəni atasının adından idarə edirdi. Şirvanın müstəqilliyi uğrunda mübarizədə Çobani Məlik Əşrəfə ciddi müqavimət göstərən Kavus 1348 ildə onun vassallığını qəbul etməyə məcbur oldu. Qızıl Orda xanı Canı bəylə Məlik Əşrəf əleyhinə ittifaq bağlayan Kavus 1356/57 ildə qızılordalıların Azərbaycana hücumu zamanı onlara hərbi yardım göstərdi.
KAZIMOV Mətləb Fərman oğlu
KEÇƏL DAĞ
Taxta yaylaq sistemində yerləşir. Azərbaycan ərazisində dağ adının Abşeron, Qəbələ, Gədəbəy, Ağdərə, Şahbuz, Kəlbəcər rayonlarında müxtəlif yüksəkliklərdə paralelləri vardır. Keçəl sözündən məlum olur ki, dağın yüksək hissəsində (daha doğrusu baş hissəsində-zirvədə) bitkidən məhrum, bitkisiz sahə vardır.
KEÇMƏDİN
Şamaxı r-nu Qaleybuğurd i.ə.d.-də kənd. Buğurt çayının (Ağsu çayının qolu) sahilində, dağlıq ərazidədir. Əhalisi 211 nəfərdir (2009), 51 təsərrüfatı var. Əhalisi əsasən maldarlıqla məşğuldur.
Ərazi sıx meşəlik və dağlıq olduğundan vaxtilə guya toqquşma zamanı qoşun Qaladərəsi kəndi istiqamətinə keçə bilmədiyi üçün kənd belə adlandırılmışdır.
KEYKAVUS I
(? – ?) – Şirvanşah [1294 – 1317/18], III Axsitanın oğlu, Kəsranilər sülaləsindən idi. Lakin onun hakimiyyətinin nə vaxt başlanılıb, nə vaxt qurtardığı hələlik dəqiq məlum deyil. Hakimiyyətinin sonu təxmini olaraq 1317/18 il hesab edilir.