Şamaxı Ensiklopediyası
  • Ana səhifə
  • Struktur
    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA
    »
  • Qalereya
  • Əlaqə
  • İştirak et
elkhan-suleymanov.az
  • Ana səhifə
  • Menyu
    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA
  • Qalereya
  • Əlaqə
  • İştirak et
    • A
    • B
    • C
    • Ç
    • D
    • E
    • Ə
    • F
    • G
    • H
    • X
    • İ
    • J
    • K
    • Q
    • L
    • M
    • N
    • O
    • Ö
    • P
    • R
    • S
    • Ş
    • T
    • U
    • Ü
    • V
    • Y
    • Z

Cari bölmə: Simalar


  • Dövlət xadimləri
  • Görkəmli şəxsiyyətlər
  • H
  • Simalar

HUŞƏNG

(? – 1382) – Şirvanşah [1372/73 – 1382], Kavusun oğlu, Kəsranilər sülaləsindən idi. Numizmatik materiallar Huşəng ibn Kavusun zamanında Şirvanşahın Cəlairilərdən asılılığını təsdiq edir. Mənbələrdə Huşəngin öz dövrünə görə təhsil görmüş hökmdar, həm də tanınmış şair olduğu qeyd edilir.

Ətraflı oxu

İBN ZEYNƏDDİN ŞİRVANİ

(? – ?) – 12 – 13 əsr dövlət xadimi, diplomat. Naxçıvan atabəyi Əbu-Bəkrin canişini və Özbəyin vəziri idi. Atabəy Əbu-Bəkr onu danışıqlar aparmaq üçün Həmədana, ordakı vilayətin hakimi Gökcənin yanına göndərmişdir. Ona “Malik əl-Üməra və Seyid əl-vüzəra (əmirlərin hökmdarı və vəzirlərin ağası)” adı verilmişdir.

Ətraflı oxu

İBRAHİM I

sirvansah_ibrahimŞeyx İbrahim, İbrahim Dərbəndi (təqr.1352-1417) – Azərbaycan dövlət xadimi, Şirvanşah [1382-1417], Dərbəndilər sülaləsinin banisi. Teymurla Qızıl Orda xanı Toxtamış arasındakı mübarizədən istifadə edərək Şirvanın möhkəmləndirilməsi siyasəti yürüdən I İbrahim Teymurilərə yaxınlaşmaq istəyirdi.

Ətraflı oxu

İBRAHİM II

Şeyx İbrahim, Şeyxşah (?-1524) – Şirvanşah [1502-24], Fərrux Yasarın oğlu. Dərbəndilər sülaləsindən idi. 1500 ildə I Şah İsmayılla döyüşdə atası öldürüldükdən sonra Şirvan qoşunlarının qalıqlarını toplayıb qızılbaşlara müqavimət göstərməyə cəhd etsə də, Gilana qaçmağa məcbur olmuşdu.

Ətraflı oxu

İBRAHİMBƏYLİ Məmmədibrahim Əhməd oğlu

(1899, Şamaxı ş. – 1970) – Azərbaycan coğrafiyaşünası, coğrafiya elmləri doktoru. Ailəsi 1902 ildə baş vermiş Şamaxı zəlzələsindən sonra Bakıya köçmüşdür. M.İbrahimbəyov öz pedaqoji fəaliyyəti dövründə indiki Tusi adına ADPU – da, BDU-da coğrafiyadan dərs demiş, Azərbaycan EA Coğrafiya İnstitutunun dissertantı olmuş, keçmiş SSRİ EA Azərbaycan filialının Coğrafiya sektorunda elmi katib işləmiş, Azərbaycan ali məktəblərində coğrafiya fakültələrinin təşkilində fəal iştirak etmişdir.

Ətraflı oxu

İBRAHİMBƏYOV Fuad Əhməd oğlu

fuad_ibrahimbeyov

(29.12.1901, Şamaxı ş. – 30.6.1985, Bakı.) – Azərbaycan psixoloqu, Azərbaycan SSR-in əməkdar həkimi, pedaqoji elmlər namizədi (1933), tibb elmləri namizədi (1939). Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirmişdir (1925). 1926 ildə respublikada ilk eksperimental psixoloji laboratoriyanı yaratmış və burada özünün dərin elmi axtarışlarına başlamışdır. 1948 ildə sovet repressiyalarının qurbanı olmuş, 1953 ildə əfv edilmişdir. 1954 ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun psixologiya kafedrasının müdiri seçilmişdir.

Ətraflı oxu

İBRAHİMOV Fərhad Əlibaba oğlu

ferhad_ibrahimov(25.9.1931, Şamaxı r-nunun Əngəxaran k. – 12.9.2001 Bakı) – arxeoloq, tarix üzrə fəlsəfə doktoru. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filoloji fakültəsini bitirmişdir. 1959 ildən Azərbaycan EA Tarix İnstitutunun arxeologiya şöbəsində elmi işçi vəzifəsinə götürülmüşdür. 1965-68 illərdə SSRİ EA Leninqrad bölməsində tanınmış alim A.L.Yakobsonun rəhbərliyi ilə arxeologiya ixtisası aspiranturada oxumuşdur. O, Örənqala arxeoloji qazıntılarında (1959-69) aşkara çıxarılmış bütün metal məmulatlarını hərtərəfli tədqiq edərək, “9-13 əsrlərdə Azərbaycan şəhərlərində metalişləmə sənəti (arxeoloji və etnoqrafık materiallar əsasında)” adlı dissertasiya yazmış və 1969 ildə müdafiə etmişdir. 1988 ildə həmin mövzunu daha geniş işləyərək monoqrafiya kimi nəşr etdirmişdir. Örənqala və Şirvan arxeoloji ekspedisiyasının Şamaxı, Ağsu, İsmayıllı dəstələrinin çöl-tədqiqat işlərində yaxından iştirak etmişdir. 1969 ildən Bakı arxeoloji ekspedisiyasında dəstə rəisi, rəis müavini işləmiş və 1976 ildən bu ekspedisiyanın rəhbəri olmuşdur. 4 kitabın və 100-dən çox elmi məqalənin müəllifıdir. 3 kitabı və 60 məqaləsi bilavasitə Bakının orta əsr arxeologiyasına həsr edilmişdir.

Ətraflı oxu

İBRAHİMOV Kamil Fərhad oğlu

Kamil_ibrahimov(8.6.1962, Bakı) – Azərbaycan tarixçisi, arxeoloq, tarix üzrə fəlsəfə doktoru, professor. Azərbaycan Beynəlxalq Ekoenergetika Akademiyasının və Türkiyə Akdeniz Universitetinin professorudur. Bakı Dövlət Universitetini bitirmişdir. 20 ildən artıq bir müddət ərzində Azərbaycanın bir çox ərazilərində, o cümlədən Bakı, Şamaxı, Gəncə, Şabran, Yenikənd və digər arxeoloji ekspedisiyalarda yaxından iştirak etmiş, 2001-07 illər ərzində Bakı arxeoloji ekspedisiyasının rəhbəri olmuşdur.

Ətraflı oxu

İBRAHİMOV Nəriman Gülməmməd oğlu

(1963, Şamaxı r-nunun Şəhriyar q. – 3.5.1994) – Qarabağ müharibəsi şəhidi.

Ətraflı oxu

İLHAM NAMİQ KAMAL

 Ilham_Namiq_Kamal_4_avqust_senet _damiİlham Namiq-Kamal oğlu Əhmədov, (9.1.1949, Bakı) – Azərbaycan aktyoru, teatr rejissoru, “İlham” Miniatür teatrının direktoru və bədii rəhbəri, professor, Azərbaycanın xalq artisti (2002). Əslən Şamaxıdandır. Azərbaycan Dövlət Teatr İnstitutunda SSRİ xalq artisti Adil İsgəndərovun və Azərbaycanın xalq artisti Rza Təhmasibin kursunda təhsil almışdır. 1971 il noyabrın 25-dən 1972 il fevral ayının 2-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, fevralın 3-dən isə Akademik Milli Dram Teatrında çalışmışdır.

Ətraflı oxu

Posts navigation

← Older posts
Newer posts →

Kateqoriyalar

    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA

Digər Materiallar

  • MİRİKƏND

      Şamaxı r-nu Mirikənd kənd i.ə.d.-nin mərkəzi. Ləngəbiz silsiləsinin Şm.-ş ətəyindədir....

  • Şamaxıda qədim türklərə aid küplər tapıldı – İlk dəfə

    AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru...

Şamaxı Ensiklopediyası © 2025 elkhan-suleymanov.az Bütün hüquqlar qorunur.

1905.az STUDIO