HƏMİDOV Mahir Balahəmid oğlu
(16.11.1980, Şamaxı r-nunun Sabir q.) – ərəbşünas, tərcüməçi, ərəb məhcər (mühacirət) ədəbiyyatının tədqiqatçısı, filologiya elmləri üzrə fəlsəfə doktoru (2011). Qafqaz Universitetində bakalavr, Mərmərə Universitetində (Türkiyə) magistratura təhsili almışdır. Suriya Ərəb Respublikasının Dəməşq Universitetinin ərəb dili və ədəbiyyatı bölməsində qonaq tələbə kimi təhsilini davam etdirmişdir.
HƏSƏN İBN RZA ŞİRVANİ
(18 əsr). Azərbaycan əczaçısı və “Siracüt-tibb” (“Tibbin çırağı”) əsərinin müəllifidir. Fars dilində yazılmış bu məşhur əsərdə yüzlərlə dərman nüsxələri göstərilmişdir. “Siracüt-tibb” orta əsr Azərbaycan əczaçılarının stolüstü kitabı olmaqla yanaşı, qonşu Şərq ölkələrində də məşhur idi. Kitabda mürəkkəb tərkibli nüsxələrdən bəhs olunur.
HƏSƏNOV Əbdüləhəd Səftər oğlu
(28.10.1900, Şamaxı – 22.7.1972, Bakı) – biokimyaçı. Tibb e.d. (1937), professor (1937), Azərbaycan SSR EA müxbir üzvü (1962). Azərbaycan SSR əməkdar həkimi (1942) və əməkdar elm xadimi (1942). 1937 ilə qədər SSRİ EA A. N. Bax ad. Bioloji Kimya İnstitutunda işləmiş, 1937-72 illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda bioloji kimya kafedrasının müdiri olmuşdur.
HƏSƏNOV Feyruz Misir oğlu
(10.4.1946, Şamaxı r-nunun, Dağ Kolanı k.) – riyaziyyatçı, riyaziyyat üzrə fəlsəfə doktoru, BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Tətbiqi riyaziyyat kafedrasının dosentidir. Tədqiqat sahəsi təbiət elmlərinin riyazi modellərinin diferensial və inteqral tənlikləri ilə bağlıdır.
Məlumat F. Həsənovdan alınmışdır
HƏSƏNOV Ralfrid Əhəd oğlu
(16.2.1938, Bakı) – Azərbaycan bioloqu, biologiya elmləri doktoru (1985), professor (1986). Azərbaycan Dövlət Universitetini bitirmişdir. Moskva Dövlət Universitetində, AMEA-nın Botanika İnstitutunda çalışmış, Karneqi İnstitutunda (biologiya bölməsi), Stenford və İllinoys universitetlərində (ABŞ) tədqiqatlar aparmışdır.
HƏSƏNOV Şükür Məmmədtağı oğlu
(25.6.1903, Şamaxı – 11.7.1976, Bakı) – Azərbaycan kurortoloqu. Tibb e.d. (1935), professor (1933). Azərbaycan SSR əməkdar həkimi (1942) və əməkdar elm xadimi (1960). 1961 ildə Həsənovun təşəbbüsü ilə Bakıda dünyada ilk dəfə xüsusi müalicə müəssisəsi – “Sağlamlıq zonası” yaradılmış və ona rəhbərlik etmişdir.
HƏSƏNOV Xamis Abdulhüseyn oğlu
HƏŞİMOVA Ulduz Faizi qızı
HÜSEYNOV Teymur Əbdüləli oğlu
(1892, Şamaxı – 1938) – sovet partiya və dövlət xadimi. 1917 ilin sentyabrından Sov.İKP üzvü. 1911 ildə Qori seminariyasını bitirmiş və Bakıda müəllimlik etmişdir. 1917-19 illərdə Tiflisdə müəllimlər institutunda oxumuş, inqilabi hərəkata qoşulmuş, bolşevik “Hümmət” təşkilatının bərpa olunmasında iştirak etmiş, fəhlə və əsgərlər arasında təbliğat işi aparmış, gizli ədəbiyyat yaymış, şəhər qulluqçularının tətilinin iştirakçılarından olmuşdur.