ALPOUT DƏRƏSİ
Şamaxı r-nu ərazisində dərə. Alpout (kənd adı) və dərə sözlərindən düzəldilib, Alpout kəndinin dərəsi mənasını verir. 1917 ildə Şamaxıda Türk Alpout və Erməni Alpout adlı iki kənd qeydə alınmışdır.
Şamaxı r-nu ərazisində dərə. Alpout (kənd adı) və dərə sözlərindən düzəldilib, Alpout kəndinin dərəsi mənasını verir. 1917 ildə Şamaxıda Türk Alpout və Erməni Alpout adlı iki kənd qeydə alınmışdır.
Şamaxı r-nu ərazisində çay. Alpout dərəsindən axdığı üçün adını həmin dərədən almışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, 1 cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 50
(? – ?) – 14 əsr Azərbaycan şairi. Şirvanşah Kavusun dəvəti ilə Şirvana köçmüş, saray şairi olmuşdur. Ədəbi irsindən qalan farsca “Fərhadnamə” (1369) poemasının əlyazma nüsxəsi İstanbulda Ayasofiya muzeyi kitabxanasındadır. Nizami ənənələrinin davam və inkişaf etdirilməsi baxımından “Fərhadnamə”nin əhəmiyyəti böyükdür.
Kərbəlayi Allahi Arif, (1786-1866), Azərbaycan şairi. Həyatı haqqında məlumat azdır. Şirvan hakimi Mustafa xanın (1792-1820) sarayında yaşamış, sonralar ondan inciyərək, İrəvan xanı Hüseyn xanın sarayına getmişdir.
Şamaxı r-nu ərazisində mineral bulaq. Arpa və bulaq sözlərindən düzəlib. Türkdilli xalqların toponomiyasında öz zənginliyi ilə seçilən arpa komponenti dənli bitkilərdən birinin adını bildirməklə yanaşı arma/arba/arpa variantlarında işlənən qədim türkdilli tayfa adını da ifadə edir.
Şamaxı r-nu ərazisində dağ. Tudar və Çigil çaylarının aşağı axınları arasında yerləşir. Hün. 798 m. Əsli Aşağılı olmalıdır. Mənası “aşağıda yerləşən, aşağıda yaşayanlar” deməkdir. Ərazinin iki çayın aşağı axınında yerləşməsi də bu izahın doğruluğunu sübut edir. Bəzi tədqiqatçılar dağın adını “aşagülü bitən dağ” kimi mənalandırırlar.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s.52
Abbas Ağabala oğlu Söhbətov (1908, Şamaxı r-nunun Cəyirli k. – 1966, Şamaxı ş.) – Azərbaycan aşığı. Aşıqlıq sənətinin sirrini əvvəllər öz həmkəndlisi Aşıq Fərəcdən, sonra isə Şirvan aşıqlarının atası hesab olunmuş Aşıq Mirzə Bilaldan almışdır.