AHUDAĞ
Şamaxı r-nu ərazisində dağ. Qozluçaydan sağ tərəfdə, Qurbançı kəndi yaxınlığında yerləşir. Hün. 963 m. Ərazidə Ahudağ dərəsi deyilən obyekt də var. Tədqiqatçılar bu adı “Ceyrandağ” kimi izah edirlər.
Şamaxı r-nu ərazisində dağ. Qozluçaydan sağ tərəfdə, Qurbançı kəndi yaxınlığında yerləşir. Hün. 963 m. Ərazidə Ahudağ dərəsi deyilən obyekt də var. Tədqiqatçılar bu adı “Ceyrandağ” kimi izah edirlər.
Şirvan elatlarının əsas yaşayış evi. Şirvanda belə evlərin “qarakeçə” və “dünnüklü ev” adı ilə iki tipi qeydə alınmışdır. Qarakeçə kənarı girdə şəklə düşmüş düzbucaqlı, dünnüklü ev isə dairəvi planda tikilirdi.
(6.7.1950, Şamaxı r-nunun Çalov k.) – Azərbaycan fiziki, fizika-riyaziyyat elmləri doktoru (1990). Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. 1971-72 illərdə Kürdəmir rayonunda orta məktəbdə fizika müəllimi işləmişdir. 1973 ildə AMEA Fizika İnstitutunun aspiranturasına daxil olmuşdur.
(1939, Şamaxı r-nunun Ovçulu k.) – tarixçi, tarix üzrə fəlsəfə doktoru (1973), dosent. Azərbaycan Dövlət Universitetini bitirmişdir. Şamaxı rayonunun Bağırlı kənd orta məktəbində dərs hissə müdiri, Xankəndi Pedaqoji İnstititutunda baş müəllim, dosent, kafedra müdiri vəzifələrində işləmişdir.
Şamaxı şəhərindən cənubda (Şəhriyar qəsəbəsi ərazisində) yerləşir. Çox da yüksək olmayan yaylavari xarakterə malikdir. Bu ərazidə qədim yaşayış məskəni, qədim maddi mədəniyyət qalıqları mövcuddur.
(1810, Şamaxı qəz. Şıxzərli k. -1896, Şamaxı) -şair. Heç bir təhsili olmamışdır. Gənc yaşlarından şeir qoşmağa başlamışdır. Çox sayda şeirləri olduğu deyilsə də, onlar itib-batmış, həyat və yaradıcılığı öyrənilməmiş, şeirləri nəşr edilməmişdir.
(22.3.1930, Şamaxı r-nunun Göylər k. – 14.8.2003, Bakı) – coğrafiyaşünas, coğrafiya elmləri namizədi (1964), professor (1989). Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. Göylər kənd məktəbində (1952-54), Bakı Dövlət Universitetinin iqtisadi coğrafiya və coğrafiyanın tədrisi metodikası kafedrasında işləmişdir.