Şamaxı r-nu ərazisində dağ. Qozluçaydan sağ tərəfdə, Qurbançı kəndi yaxınlığında yerləşir. Hün. 963 m. Ərazidə Ahudağ dərəsi deyilən obyekt də var. Tədqiqatçılar bu adı “Ceyrandağ” kimi izah edirlər. Türk dillərində axu/aqu – “Təpə, yüksəklik” deməkdir. Bundan başqa, qədim türk abidələrinin dilində akı sözünün “comərd, səxavətli” mənası ilə yanaşı, “qoz ləpəsi” mənasında işlənməsinə təsadüf edilir.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s.26