ABDULLAYEV Nadir Mənsim oğlu
(9.6.1973, Şamaxı r-nunun Məlikçobanlı k. – 19.4.1994, Ağdam r-nununda itkin düşmüşdür) – Şamaxı rayon Məhkəməsinin Qətnaməsinə əsasən şəhid hesab edilmişdir.
Əd.: “Şamaxı tarix-diyarşünaslıq muzeyi”, Bakı, 2009, s.174
(9.6.1973, Şamaxı r-nunun Məlikçobanlı k. – 19.4.1994, Ağdam r-nununda itkin düşmüşdür) – Şamaxı rayon Məhkəməsinin Qətnaməsinə əsasən şəhid hesab edilmişdir.
Əd.: “Şamaxı tarix-diyarşünaslıq muzeyi”, Bakı, 2009, s.174
(12.1.1913, Şamaxı – 12.6.1997, Bakı) – Azərbaycan geoloqu və petroloqu, geologiya-mineralogiya e.d. (1961), professor (1966). Azərbaycan Respublikasının əməkdar elm xadimi (1991). 1938 ildə Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1945-88 illərdə həmin institutda pedaqoji fəaliyyət göstərmişdir. 1950-54 illərdə Azərbaycan SSR Geologiya İdarəsinin rəisi işləmiş, 1954 ildən Azərbaycan SSR EA-nın Geologiya İnstitutunda çalışmışdır. Tədqiqatları petrologiya, paleovulkanologiya, metallogeniya və radiogeoxronologiya sahəsindədir. Mezozoy vulkanizminin təzahürü qanunauyğunluqlarını, onların dərinlik fasiyalarını və formasion mənsubiyyətini müəyyən etmişdir. Tədqiqatlarının nəticələri əsasında Kiçik Qafqaz və Kür depressiyaları meqazonalarının struktur-formasiya rayonlaşdırılması həyata keçirilmişdir. Filiz və qeyri-filiz yataqlarının axtarışı və kəşfıyyatı üçün əsas olan bir sıra irimiqyaslı geoloji xəritələrin müəlliflərindən biri, 220-dən çox elmi əsərin, o cümlədən 7 monoqrafıyanın müəllifıdir.
Əd.: Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı, 2009, s.37
(14.11.1959, Bakı) – Azərbaycan diplomatı. Azərbaycan Dövlət Universitetini bitirmişdir. Fövqəladə və səlahiyyətli səfir rütbəsi var. SSRİ-nin Yəməndəki səfirliyində işləmişdir (1981-84). Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində ikinci katib, birinci katib, katibliyin müdiri (1989-95), Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyinin müşaviri (1995-99), XİN Asiya idarəsinin rəisi (1999-2004), Azərbaycan Respublikasının Küveyt Dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri (2004-10) vəzifələrində çalışmışdır. 2010 ildən Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında, 2010 ildən iqamətgahı Misirdə olmaqla həm də Əlcəzairdə, 2011 ildən isə Sudanda Fövqəladə və Səlahiyyətli Səfiri, Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında Nümayəndəsi, Afrika İttifaqı yanında müşahidəçi statusunda Nümayəndəsidir.
Məlumat Ş.Abdullayevdən alınmışdır.
(20.12.1923, Şamaxı r-nunun Məlikçobanlı k. – 5.5.2001, Bakı) – jurnalist, filologiya elmləri namizədi, Azərbaycan Respublikasının əməkdar jurnalisti. Azərbaycan Dövlət Universitetini bitirmişdir. “Gənclik” nəşriyyatında, Azərbaycan Radio Verilişləri Komitəsində, respublika və şəhər qəzetlərinin redaksiyalarında çalışmışdır.
(29.1.1926, Şamaxı – 31.3.1980, Novosibirsk; Moskvada dəfn edilmişdir) – sirk artisti, jonqlyor. Azərbaycan SSR xalq artisti (1977). Dövlət Sirk Sənəti Məktəbini bitirmişdir (1942, Moskva). Görkəmli sovet jonqlyorlarından olan Abdullayev 30 ildən artıq bu janrda fəaliyyət göstərmişdir. Abdullayevin jonqlyor sənəti virtuozluğu, orijinallığı, milli özünəməxsusluğu və ekssentrik elementləri ilə fərqlənirdi.
(18.1.1940, Bakı) – Azərbaycan musiqişünas-alimi, sənətşünaslıq doktoru (2005), professor (2004). Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Tədqiqatları əsasən milli çalğı alətlərimizin inkişaf tarixinin öyrənilməsi, quruluş, səslənmə və istifadə xüsusiyyətlərinin araşdırılması, onların türk məkanında oxşar alətlərlə müqayisəsi və eləcə də gələcək inkişaf yolları ilə əlaqədardır.
(7.9.1946, Bakı) – Azərbaycan musiqişünası, filosof, fəlsəfə elmləri doktoru (1990), professor (1992). Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Bakı Musiqi Akademiyasının prorektorudur (1990 ildən). Azərbaycan və dünya musiqisinin fəlsəfi problemlərinə və Azərbaycan bəstəkarlarının yaradıcılığına dair bir sıra əsərlərin müəllifidir. Öz elmi-nəzəri konsepsiyalarında muğamların və folklor musiqisinin fəlsəfi mahiyyyətinə əsaslanır.
(26.11.1972, Şamaxı ş. – 19.10.1992, Çıldıran k.) – Qarabağ müharibəsi şəhidi. C. Cəbrayılbəyli adına orta məktəbi bitirmişdir (1989). Bakı Kooperativ Texnikumuna qəbul olduqdan az sonra Azərbaycan Milli Ordusu sıralarına qoşulmuşdur.