Şamaxı r-nu Avaxıl kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 19 km şimal-qərbdə, Meysəri silsiləsinin cənub ətəyində, Ağsu çayının yuxarı axınındadır. Əhalisi 490 (2009) nəfərdir, 99 təsərrüfatı var. Taxılçılıq və maldarlıqla məşğuldur. 2 tam orta məktəb, uşaq bağçası, kitabxana; məscid (19 əsr) var.
Avaxıl kəndinin adının mineral sulu bulağın adı ılə bağlı olduğunu söyləyənlər vardır. Lakin Avaxıl toponimi haqqında daha maraqh və təbii şərait xüsusiyyətini əks etdirən fikir daha uyğun və inandırıcı hesab edilməlidir. Avaxıl rayonun səfalı güşəsində yerləşmış, məşhur Şamaxı Astrofizika Rəsədxanası buradakı Pirqulu yaylasındadır. İlin 200 günü buludsuz və günəşlı olur. Avaxıl – “hava xor” və ya “havaxur” sözünün dəyişilmiş formasıdır ki, günəşli hava, demək olduğu həqiqətə daha çox uyğundur. Burada farsca xur, və ya xorun-günəş, gün mənasında olması məlumdur.
Toponimin “günəşli hava” kimi izahı daha inandırıcıdır.
Əd.: Azərbaycan Milli Ensiklopediyası, 2 cild, Bakı, 2010, s. 280
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, 1 cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 64
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.27