All posts by rashad

SABİR BULAQLARI

bulaqŞamaxı r-nun Sabir i.ə.d.-də qəsəbə. Rayon mərkəzindən 7 km cənub-şərqdə, Pirsaat çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Әhalisi 3702 (2009) nəfərdir, 546 təsərrüfatı var. Doqquzillik məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana var. Yaşayış məntəqəsi 1960 ildə Qocamanbəyovların nəslinə mənsub yerdə üzümçülük sovxozunun təşkil edilməsi ilə əlaqədar orada çalışan fəhlələr üçün salınmış, sovxozun əhalisi əsasən Quşçu kəndindən gəlmiş ailələr hesabına artmışdır.

Qəsəbə Azərbaycan şairi Mirzə Ələkbər Sabirin şərəfınə adlandırılmışdır.

Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 168

N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.47

Ətraflı oxu

ZƏLZƏLƏ

1370547259_13

Qafqaz, o cümlədən Azərbaycan ərazisi Alp-Himalay qırışıqlıq sisteminin tərkib hissələrindən biri olub, Avrasiya və Ərəbistan tektonik plitələrinin kolliziya (toqquşma) təmas zonasında yerləşir və kifayət qədər yüksək seysmik aktivliklə səciyyələnir. Azərbaycan ərazisində dəfələrlə böyük dağıntı və insan itkilərilə müşayiət olunan güclü zəlzələlər baş vermişdir. Azərbaycanda baş vermiş ən güclü zəlzələlər haqqında ilk məlumatlara əlyazmalar, salnamələr və səyahət qeydlərində rast gəlinir.

Ətraflı oxu

ÜZÜMÇÜLÜK

Üzümün becərilməsi ilə məşğul olan kənd təsərrüfatı sahəsi. Ü. əhalini üzüm və kişmişlə, şərabçılıq və konserv sənayesini xammala təmin edir. Bununla əlaqədar olaraq Ü. 4 istehsal sahəsinə ayrılır:

Ətraflı oxu

TURİZM POTENSİALI

shamaxi-iqlimTurizm baxımından Şamaxı r-nunun zəngin mədəni irsi, tarixi, əlverişli təbii turizm-rekreasiya və s. ehtiyatları vardır. Coğrafi mövqeyinə görə Şamaxı rayonu ölkə turizminin inkişafı üçün ən cəlbedici məkanlardan biri hesab olunur. Bu da onunla əlaqəlidir ki, Şamaxı rayonu paytaxt Bakı şəhərinə yaxındır və istirahət mərkəzləri çoxdur.

Ətraflı oxu

FAUNA

Şamaxi-zoogoğrafiŞamaxı r-nunun ərazisi geoloji keçmişinə görə çox qədim və maraqlıdır. Özünün mürəkkəb fiziki-coğrafi şəraitini, relyefi, mühiti, bitki örtüyü və heyvanlar aləmi ilə fərqlənir. Burada yaşayan heyvanların müxtəlifliyi, rəngarəngliyi, çoxsaylı qruplara mənsub olması məhz yuxarıdakı amillərlə əlaqədardır.

Ətraflı oxu

AĞAYEV Asif Sabir oğlu

(21.5.1940, Şamaxı r-nunun Çağan k.) – Azərbaycan Respublikasının əməkdar müəllimi, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi. M.Ə.Sabir adına Pedaqoji Məktəbi və Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirmişdir.

Ətraflı oxu

RÜSTƏMZADƏ Firuzə Əbdüləziz qızı

5.12.1914, Şamaxı ş. – 23.11.1994, Bakı) – neftçi. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1936 ildə Budyonnı adına neftayırma zavodundə layihəçi-mühəndis, 1938-40 illərdə qurğu rəisi, 1940-46 illərdə sex rəisi, “Azəriqaz” trestinin 1 saylı Qazolin zavodunda böyük və baş mühəndis, 1946-48 illərdə “Azneftzavod” Birliyində baş mühəndis vəzifələrində çalışmışdır. 1957 ilə kimi neft sənayesində işləmişdir. 1957-69 Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Plan Komitəsində böyük və aparıcı mühəndis vəzifələrində fəaliyyət göstərmişdir. Lenin ordeni (1944), “Qafqazın müdafiəsinə görə” (1944), “Əməkdə fədakarlığa görə” (1946) medalları ilə təltif edilmişdir.

Əd.: Məlumat ailəsindən alınmışdır

Ətraflı oxu

YASİN XƏLİL

Xəlilov Yasin Xələf oğlu (4.4.1964, Şamaxı r-nunun Ovçulu k.) – şair, texniki elmlər namizədi. Novoçerkassk Texniki Universitetini (RF, Rostov vilayəti) bitirmişdir. İxtisasca kimyaçı-texnoloqdur. Hazırda Azbentonit MMC-nin direktoru vəzifəsində çalışır. 60-dan çox elmi məqalənin, 7 ixtira patentinin, ali məktəblər üçün 3 dərsliyin müəllifidir. Texnologiya sahəsində 3 beynəlxalq elmi konfransın iştirakçısıdır. 3 şeir kitabının müəllifidir.

Məlumat Y.Xəlildən alınmışdır

Ətraflı oxu

SƏMƏDOV Harun Ağamusa oğlu

semedov_harun(22.3.1933, Şamaxı ş. – 1993, Bakı) – Azərbaycan bioloqu, biologiya elmləri doktoru (1987). Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Ömrünün sonuna kimi Azərbaycan EA Zoologiya İnstitutunda çalışmışdır. Kənd təsərrüfatının quşçuluq sahəsi ilə bağlı elmi aradırmaların müəllifidir.

Məlumat D.Musayevdən alınmışdır.

Ətraflı oxu

ŞAMAXI DÖVLƏT SƏNAYE-İQTİSAD KOLLECİ

orta ixtisas təhsili müəssisəsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002 il tarixli qərarı əsasında Şamaxı Aqrosənaye-İqtisadiyyat Texnikumunun bazasında yaradılmışdır. 1932 ildə yaradılmış Şamaxı Pedaqoji Məktəbinin əsasında 1986 ildə Şamaxı Üzümçülük Texnikumu, 1991 ildə isə həmin təhsil müəssisəsinin əsasında Şamaxı Aqrosənaye-İqtisadiyyat Texnikumu təsis olunmuşdur.

Ətraflı oxu