All posts by rashad

VADİ KƏNDLƏRİ

Dağ çaylarının əmələ gətirdiyi səfalı və mülayim iqlimli vadilərdə salınmış dağ kəndləri. Çox vaxt belə kəndlərin əkin sahələri vadinin aşağılarında, biçənək və otlaqlar isə dağların hündür sahələrində yerləşirdi. Vadi kəndləri əksər halda çayın bir, bəzən isə hər iki sahilini əhatə edirdi. Adətən evlər sahil boyunca salınırdı. Zarat, Ərçiman, Talışnuru Pirsaat çayı vadisində, Pirbəyli Qozlu çayı vadisində, Acıdərə və b. Pirsaat çayının orta axarı boyunca yerləşir.

Əd.: A.Mustafayev “Şirvanın maddi mədəniyyəti”, Bakı, “Elm”, 1977, s.25

Ətraflı oxu

ŞAMAXI CÜMƏ MƏSCİDİ

Cənubi Qafqazda ən qədim məscid kompleksi. 743 ildə inşa edilmişdir. Lakin bu məscidin yerində daha qədim məbəd olduğuna əsas verən əlamətlər onun üç mehrablı olması və buna müvafiq olaraq daxili quruluşunun üç hissəyə bölünməsidir Şamaxı Cümə məscidinin inşası xilafət ordusunun Azərbaycanı işğal etdikdən sonrakı dövrə təsadüf edir. Bəzi mənbələrdə göstərildiyinə görə, bu məsciddə Xəzər xaqanı İslam dinini qəbul etmişdir.

Ətraflı oxu

ƏFƏNDİYEV Rəşid Məmməd Həsən oğlu

resid-efendiyev-web

(18.1.1916, Bakı – 2.1.1973, Bakı) – bəstəkar, dirijor, pedaqoq, Azərbaycanın əməkdar incəsənət xadimi. Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Azərbaycan Dövlət Filarmoniyasında konsertmeyster, instrumental heyətin rəhbəri, dirijor köməkçisi və orkestrin bədii rəhbəri olmuş, respublikanın mahnı və rəqs ansamblının dirijoru və bədii rəhbəri vəzifəsində çalışmış, 1938 ildə Moskvada Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə iştirak etmişdir.

Ətraflı oxu

“ŞİRVANİ”

Şirvan bölgəsi üçün xarakterik olan ev tipi. Dam örtüyü balıqbeli formasında olub, xeyli alçaq düzəldilirdi. Bunun üçün ana tiri kəllə divari üzərinə qaldırıb üstünə, hər iki tərəfə maili olmaqla pərdilər döşənirdi. Dam çardağında “səlim ağacı” işlənmir, onların eyvanı kəllədə deyil,evin uzunluğu boyunca düzəldilirdi. Belə evlər interyerdə yanlara doğru maili, eksteryerdə isə balıqbeli şəklində görünürdü. Şirvani evlər adətən daşdan tikilirdi.

Əd.: A.Mustafayev “Şirvanın maddi mədəniyyəti”, Bakı, “Elm”, 1977, s.34-35

 

Ətraflı oxu

MƏHƏLLƏLƏR

Şamaxı şəhərinin bölündüyü hissələr.
1617 ildə Şamaxıda olmuş alman alimi Adam Oleari yazırdı: “Şamaxı hər iki tərəfdən ayrıca divarlar ilə əhatə olunmuş iki hissədən ibarətdir. Burada müsəlmanlardan başqa gürcü, yəhudi, rus və hind tacirləri də yaşayır və ticarətlə məşğul olur.

Ətraflı oxu

MAĞARA MƏSKƏNİ

Ən qədim məskən növü. Tarixi-etnoqrafik baxımdan yaşayış məskənlərinin rəngarəngliyi ilə seçilən Şirvan bölgəsində süni mağara tipli məskənlər əsasən, Sündü, Dərəkənd, Mərəzə, Ərəbqədim, Poladlı, Nabur, Təsi, Yekəxana kəndlərində son zamanlara qədər qalmışdır.

Ətraflı oxu

İPƏKÇİLİK

Şirvan əhalisinin məişətində müxtəlif növ ipək parçalar mühüm yer tutmuşdur. Şirvan Azərbaycanda ipəkçiliyin qədim vətənlərindən sayılır. Burada ipəkçiliyin geniş yayılması sayəsində hələ orta əsrlərdə Şamaxı şəhəri Şərq ilə Qərb arasında mühüm ticarət bazalarından birinə çevrilmişdi. Buraya dünyanın bir çox ölkəsindən tacirlər gəlirdi.

Ətraflı oxu

BAĞDATI

Xoraso düzənliyində və Şamaxı yaylasındakı kəndlərdə yayılmış ev tipi. Xırda ağac yarmaçalarından tikilirdi. Şirvanın digər ənənəvi ev tipləri kimi, düzbucaqlı planda inşa olunurdu. Evin dövrəsi boyunca basdırılmış dirəklərin hər iki üzünə 1 m uzunluğunda ağac yarmaçaları bənd edilir və onların arası xırda daş, kəsək, qıxmıq, torpaq və s. ilə doldurulurdu. Evlərin yastı damı tikilib qurtardıqdan sonra onun divarları hər iki tərəfdən palçıqla suvanırdı. Bu tip evlər tək otaqdan ibarət olurdu.

Əd.: A.Mustafayev “Şirvanın maddi mədəniyyəti”, Bakı, “Elm”, 1977, s.36

 

Ətraflı oxu

ALAÇIQ

Şirvan elatlarının əsas yaşayış evi. Şirvanda belə evlərin “qarakeçə” və “dünnüklü ev” adı ilə iki tipi qeydə alınmışdır. Qarakeçə kənarı girdə şəklə düşmüş düzbucaqlı, dünnüklü ev isə dairəvi planda tikilirdi.

Ətraflı oxu

RELYEFİ

shamaxi_fiziki-web

Ərazi Baş Qafqaz silsiləsini, Qobustan, Ləngəbiz silsiləsini və Şirvan düzünü tutur. Maksimal hündürlük 2500 m-ə çatır. Səthi, əsasən, dağlıqdır. Rayonun şimalını Baş Qafqaz silsiləsinin cənub hissəsi tutur. Ondan cənubda xırda plato və silsilələr sahəsi yerləşir. Rayonun şərq hissəsi Qobustana daxildir. Pirsaatçaydan qərbdə, şimal-qərbdən cənub-şərqə doğru Ləngəbiz silsiləsi uzanır. Rayonun cənub hissəsi Şirvan düzünə daxildir.

Əd.: Q.Məmmədov, E.Yusifov və b. “Azərbaycan ekoturizm potensialı”. Bakı, “Şərq-Qərb”, 2012, s. 100

 

Ətraflı oxu