Xoraso düzənliyində və Şamaxı yaylasındakı kəndlərdə yayılmış ev tipi. Xırda ağac yarmaçalarından tikilirdi. Şirvanın digər ənənəvi ev tipləri kimi, düzbucaqlı planda inşa olunurdu. Evin dövrəsi boyunca basdırılmış dirəklərin hər iki üzünə 1 m uzunluğunda ağac yarmaçaları bənd edilir və onların arası xırda daş, kəsək, qıxmıq, torpaq və s. ilə doldurulurdu. Evlərin yastı damı tikilib qurtardıqdan sonra onun divarları hər iki tərəfdən palçıqla suvanırdı. Bu tip evlər tək otaqdan ibarət olurdu.
Əd.: A.Mustafayev “Şirvanın maddi mədəniyyəti”, Bakı, “Elm”, 1977, s.36