All posts by rashad

ƏSGƏROV Firudin Həsən oğlu

Esgerov_Firudin(25.5.1933, Ağdaş ş. – 3.3.2005, Bakı ş.) – geoloq, geologiya-mineralogiya elmləri namizədi (1968), Beynəlxalq Ekoenerji Akademiyasının professoru (1993). Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. Azərbaycan Dövlət Neft Akademiyasında, Əlcəzairin Bumərdəs şəhərinin Sanye Universitetində müəllim işləmişdir.

Ətraflı oxu

VEYSOV Oqtay Məmməd oğlu

Veysov_Oktay(1926, Moskva ş. – 1969, İran) – gəmiçi, uzaq səfərlər kapitanı. Bakı Dənizçilik Məktəbini bitirmişdir. Xəzər Dəniz Gəmiçiliyi İdarəsində “Moskva”, “Azərbaycanlı”, “Dağıstan”, “Özbəkistan” və “Türkmənistan” gəmilərində kapitan köməkçisi işləmişdir. Sonralar isə “Türkmənistan”, “Pioner”, “Nebit-Dağ” gəmilərində kapitan olmuşdur.

Ətraflı oxu

ƏFƏNDİYEV Fərhad Rəşid oğlu

Efendiyev_Ferhad(13.3.1951, Bakı ş.) – səhiyyə işçisi, tibb üzrə fəlsəfə doktoru (1993). Azərbaycan Tibb İnstitutunu bitirmişdir. 1974 – 1978 illlərdə Təcili Tibbi Yardım Stansiyasında, 1979-cu ildən indiki Milli Onkologiya Mərkəzində həkim anestezioloq-reanimatoloq vəzifəsində çalışır. Qarabağ müharibəsinin veteranıdır.

Ətraflı oxu

Elxan Elatlı: “Yavaş-yavaş olsa da, Azərbaycanın Şerlok Holmsu yaranır”

12819263_821824167943223_1828917717257679081_o-624x468

1905.az portalının suallarını yazıçı Elxan Elatlı cavablandırdı.

– Elxan müəllim, Yu Nesbö kitabları bir çox dillərə tərcümə olunan məşhur Norveç yazıçısıdır. 4 milyon insanın danışdığı Norveç dilində yazır, amma əsərləri dərhal müxtəlif dillərə tərcümə olunur. Giyom Müssö isə gənc fransız yazıçısıdır. Çox gənc yaşlarında yazıb nəşriyyata göndərdiyi roman sayəsində məşhurlaşıb. Bu iki yazıçının əsərləri Norveç və Fransanı dünyaya tanıdır. Neft ixrac edən Norveç və dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Fransa həm də bu yolla pul qazanır, belə demək mümkünsə. Bu problemə necə baxırsınız, bizdə Nesbö və Myusso yoxluğunu necə şərh edərdiniz?

Ətraflı oxu

MƏMMƏDOV NADİR NƏSRULLA OĞLU

MƏMMƏDOV NADİR NƏSRULLA OĞLU

(05.01.1935-ci il Şamaxı ş. – 09.01.1996 Şamaxı ş.) – alim-aqronom. Azərbaycan Kənd Təsərrüfatı İnstitunu bitirmişdir. Şamaxıda Aqrotrestin rəisi vəzifəsində çalışmışdır. Heydər Əliyevin təşəbbüsü ilə üzümçülüyün inkişafında dirçəliş yaratmaq üçün Şamaxı r. “Lenin” adına sovxoza   direktor təyin edilmişdir. Qısa müddət ərzində sovxoz “SSRİ-nin qabaqcıl təsərrüfatlarından birinə çevirmişdir.

Ətraflı oxu

ŞAMAXININ TARİXŞÜNASLIĞI

22Azərbaycanın qədim yaşayış məskənlərindən olan Şamaxının tarixşünaslığı xüsusi tədqiqat obyekti olaraq hələ tam şəkildə işlənməmişdir. Şamaxı haqqında antik dövr, ərəb, fars, türk, gürcü, rus və Avropa müəllifləri ara-sıra öz fikirlərini bildirmiş, mülahizələrini söyləmişlər. Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar vaxtı antik dövrdə mövcud olmuş şəhər tipli məskənlər sırasında Şamaxı da vardır. Əsrlər ötdükcə kiçik bir qəsəbədən şəhərə çevrilən “Şamaxı” sözünün etimologiyası haqqında müəyyən fikirlər vardır. Tarixdə Şamaxının adını ilk dəfə çəkən yunan coğrafiyaşünası Ptolomey (2 əsr) öz “Coğrafi təlimnamə” adlı əsərində bu yerin adını “Samaxeya” və ya “Kemaxeya” kimi çəkir. Ərəb mənbələrində “əş-Şəmaxiyyə” kimi qeyd edilən “Şamaxı” sözünün mənası haqqında müxtəlif mülahizələr mövcuddur. Şəhərin adının tayfa adı ilə bağlı olması haqqında fikir daha inandırıcıdır.

Ətraflı oxu

Şirvanın 1000 illik ədəbi-tarixi mühiti


1“Şirvan ədəbi mühiti”- dedikdə, onu əlahiddə bir ada kimi deyil, Şimallı-Cənublu Ümumazərbaycan kontekstində, özünəməxsus keyfiyyətləri üzə çıxarmaq istəmişik. Şirvan tarix boyu özünün Söz sərvətilə tanınıb. Bütün sənətlərdə olduğu kimi, ədəbiyyatda da peşəkar və həvəskar səviyyələri var. Peşəkar dedikdə, heç də, işi-peşəsi ancaq yazmaq olan adamları yox, sözə həssas, yaradıcılıq qüdrəti uca olan sənətkarları düşünürük. Biz, şeirinin cövhərində elm və irfan olmayan, ancaq maddi dünyanın həzz və iztirablarını korşalmış naşı qələmiylə yazan həvəskar səviyyəli şairləri 1000 illik ədəbi mühiti ehtiva edən bu kiçik həcmli icmalda xatırlatmamağa çalışdıq. 
Şirvan ərazicə o qədər geniş olmasa da, dünyaya verdiyi ruh və fikir nəhənglərinin sayı və keyfiyyətinə görə lider olaraq qalır. Yetirdiyi dahi şairlər baxımından, söz sərrafları, Şamaxını ancaq İranın Şiraz vilayətilə müqayisə edirlər. İsalamdanqabaqkı dövrlərdə Şamaxının ədəbi mühiti haqqında hələ ki, söz demək üçün əldə tutarlı faktlar yoxdur. Arxeoloji asari-əntiqə burada antik dövrdə və ilk orta əsrlərdə ticarətin və sənətkarlığın, bir sözlə, iqtisadi vəziyyətin yüksək səviyyəsindən xəbər verir. Təkcə bu fakt, Şamaxıda o vaxtlar söz və saz sənəti bazasının olduğu fikrini demək üçün kifayət edər.

Ətraflı oxu

ŞİRVANDA XALÇAÇILIQ

Shirvan namazliq 201x171_19cu_esrAzərbaycan xalçaları içərisində Şirvan qrupunun özünəməxsus yeri vardır. Şirvan əhalisinin ev məişətinin zəruri hissəsi olan xalçalar əsrlər boyu mənzillərin bədii tərtibatında başlıca yer tutmuşdur. Burada digər xalq sənət sahələri kimi xalçaçılıq da bədii-texnoloji baxımdan müxtəlif inkişaf mərhələləri keçmişdir.

Ətraflı oxu

ŞİRVAN AŞIQLARI

Azərbaycan Aşıq sənəti məktəbləri içərisində Şirvan aşıqları özünəməxsusluqla fərqlənir. Bu fərq çöl mədəniyyəti ilə şəhər mədəniyyətinin fərqləri miqyasındadır. Şirvan aşıq mədəniyyəti muğam sənətilə sıx bağlıdır, bütün ifalar “pişrəv”lə (öndəgedər) başlayır. Pişrəvlərin hamısı muğam cümlələrindən ibarət olur. Bu da Şirvan aşıq məktəbinin şəhər mədəniyyətilə sıx bağlılığından xəbər verir. Zurna, balaban (bir ifacı), nağara və saz ifası böyük bir ansamblı xatırladır. Aşıq sözləri muğam oxuma sənətinə yaxın tərzdə aydın tələffüz edir. Saz ilə heca vəznində, tar ilə isə əruzda yazılan şeirlər ifa olunur. Şirvan aşıqları uzun əsrlər boyu ənənəni yaşadıb günümüzə çatdırmışlar.

Ətraflı oxu