Şamaxı r-nunun Quşçu i.ə.d.-də qəsəbə. Rayon mərkəzindən 26 km.cənub-şərqdə, Ləngəbiz silsiləsinin ətəyindədir. Əhalisi 27 (2008) nəfərdir. Qəsəbə 1961 ildə Xaqani adına üzümçülük sovxozunun mərkəzi malikanəsi kimi Quşçu kəndi ərazisində salınmışdır. Türk dillərində “döyüş atı”, fars dilində isə “açıq, aydın, müstəqil” mənalarını ifadə edir. Burada aşkar sözü “müstəqil” mənasında işlənmişdir.
Əd.: Azərbaycan Milli Ensiklopediyası, 2 cild, Bakı, 2010, s. 196
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, 1 cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 61
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.27