Şamaxı r-nu ərazisində dağ. Tudar və Çigil çaylarının aşağı axınları arasında yerləşir. Hün. 798 m. Əsli Aşağılı olmalıdır. Mənası “aşağıda yerləşən, aşağıda yaşayanlar” deməkdir. Ərazinin iki çayın aşağı axınında yerləşməsi də bu izahın doğruluğunu sübut edir. Bəzi tədqiqatçılar dağın adını “aşagülü bitən dağ” kimi mənalandırırlar.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s.52