Şamaxı r-nu ərazisində dərə. Alpout (kənd adı) və dərə sözlərindən düzəldilib, Alpout kəndinin dərəsi mənasını verir. 1917 ildə Şamaxıda Türk Alpout və Erməni Alpout adlı iki kənd qeydə alınmışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 50