Şirvan elatlarının əsas yaşayış evi. Şirvanda belə evlərin “qarakeçə” və “dünnüklü ev” adı ilə iki tipi qeydə alınmışdır. Qarakeçə kənarı girdə şəklə düşmüş düzbucaqlı, dünnüklü ev isə dairəvi planda tikilirdi. Qarakeçənin çubuqları bir-biri ilə çal-çarpaz vəziyyətdə kəsişdiyi halda, dünnüklü evin çubuqları xüsusi sağanaq vasitəsilə baş-başa çatılırdı.
Əd.: A.Mustafayev “Şirvanın maddi mədəniyyəti”, Bakı, “Elm”, 1977, s.37