Ağababa Nurulla oğlu (1847, Şamaxı ş. – 1922, Qarasu k.) – şair, müəllim. Mollaxanada və mədrəsədə təhsil almış, Şamaxıda müəllimlik etmişdir. Gənc yaşlarından şeir yazmış, Şamaxı mühitində böyük nüfuz sahibi olmuşdur. “Beyt üs-səfa” məclisində vaxtaşırı iştirak etmişdir. Ermənilər Şamaxıda qırğın törədərkən – 1918 ildə ailəsi ilə Hacıqabul yaxınlığındakı Qarasu kəndinə pənah gətirmişdir. Əlyazmalarının böyük hissəsi Şamaxıda evində yanmışdır.
Əd.: S.Qəniyev “Beyt üs-səfa” ədəbi məclisi”. Bakı, “Elm və təhsil”, 2010, s.99