Şamaxı r-nu ərazisində çay. Çayın adı acı və su sözlərindən düzəlib. Çay suyunun dadının acı və ya şor olduğunu bildirir. 5-13 əsrlərə dair gürcü mənbələrində bu çayın adı qeydə alınmışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 12