Azərbaycan Respublikasının Şamaxı r-nunda çay. Pirsaat çayının sol qolu. Uzunluğu 23 km. Sündü kəndinin yaxınlığından başlanır. Әsasən, bulaq və yağış suları ilə qidalanır. Yay quraq keçəndə suyu azalır və şorlaşır. Buna görə də Acıdərə adlanır. Güclü yağışlardan sonra sel olur.
Əd.: ASE, I cild, Bakı, 1976, s. 506
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 11