(1.4.1948, Şamaxı r-nunun Məlikçobanlı k.) – Azərbaycan diplomatı, filologiya üzrə fəlsəfə doktoru. Azərbaycan Dövlət Universitetini bitirmişdir. Əlcəzair, İraq və Yəmən Demokratik Respublikasında tərcüməçi işləmiş, 20 ilə yaxın Azərbaycan EA Əlyazmalar İnstitutunda çalışmışdır. 1992 ildən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi sistemində işləyir. Fövqəladə və səlahiyyətli səfir rütbəsi var. Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı və Türkiyədəki səfirliklərində müşavir vəzifəsində işləmiş, Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanında və eyni zamanda Yəməndə, Oman Sultanlığında, Bəhreyn Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri (2006-12) və İslam Əməkdaşlıq Təşkilatında Azərbaycan Respublikasının Daimi Nümayəndəsi olmuşdur. Hazırda Azərbaycan Respublikasının Qətər dövlətində Fövqəladə və Səlahiyyətli Səfiridir (2012 ildən).
Məlumat T.Abdullayevdən alınmışdır.