(14.11.1959, Bakı) – Azərbaycan diplomatı. Azərbaycan Dövlət Universitetini bitirmişdir. Fövqəladə və səlahiyyətli səfir rütbəsi var. SSRİ-nin Yəməndəki səfirliyində işləmişdir (1981-84). Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində ikinci katib, birinci katib, katibliyin müdiri (1989-95), Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyinin müşaviri (1995-99), XİN Asiya idarəsinin rəisi (1999-2004), Azərbaycan Respublikasının Küveyt Dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri (2004-10) vəzifələrində çalışmışdır. 2010 ildən Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında, 2010 ildən iqamətgahı Misirdə olmaqla həm də Əlcəzairdə, 2011 ildən isə Sudanda Fövqəladə və Səlahiyyətli Səfiri, Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında Nümayəndəsi, Afrika İttifaqı yanında müşahidəçi statusunda Nümayəndəsidir.
Məlumat Ş.Abdullayevdən alınmışdır.