(? – 1786, Bakı) – Şamaxı xanı [1765 – 68, 1774]. Xançobanı tayfasından idi. 18 əsrin ortalarında qardaşı Məhəmmədsəid xanla birlikdə 1734 ildə dağıdılmış Şamaxı şəhərini bərpa edərək özünü xan elan etdi. Qubalı Fətəli xan Şamaxını alarkən (1768) Ağası xan həbs olundu və gözləri çıxarıldı. 1769 ildə Qarabağa qaçmışdır. Gavduşan vuruşmasında (1774) Fətəli xanın məğlubiyyəti Ağası xana bir müddət Şamaxıda hakimiyyətini bərpa etməyə imkan verdi. 1785 ildə Fətəli xan tərəfindən yenidən əsir alınmış və bir qədərdən sonra Bakıda öldürülmüşdür.
Əd.: Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı, 2009, s.165