Azərbaycan Respublikasının Şamaxı r-nu ərazisində, Avaxıl çayının (Ağsu çay hövzəsi) sahilində, Avaxıl kəndi yaxınlığında mineral su bulağı. Əhəng daşlarından çıxır. Suyunun minerallaşma dərəcəsi 0,8 q/l, temperaturu 10,6°C, kimyəvi tərkibi hidrogen-sulfidli, hidrokarbonatlı, xlorlu, kalsiumlu, natriumludur.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s.64