(6.6.1955, Bakı) – Azərbaycan diplomatı, tarix üzrə fəlsəfə doktoru. Fövqəladə və səlahiyyətli səfir rütbəsi var. Azərbaycan Dövlət Universitetini bitirmişdir. Azərbaycan EA Şərqşünaslıq İnstitutunun İran tarixi şöbəsinin baş elmi işçisi, Rəyasət Heyətində ictimai elmlər üzrə elmi katib vəzifələrində çalışmışdır. 1992 ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin I katibi kimi fəaliyyətə başlamış, 1995-99 illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində, 2000 ildə XİN-in Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, 2001 ildən İkinci Şərq Ərazi İdarəsinin rəis müavini vəzifəsində işləmişdir. 2003-07 illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində müşavir-elçi, 2008 ildə XİN informasiya idarəsinin rəisi vəzifəsində çalışmışdır. 2009 il noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında Daimi Nümayəndəsidir.
Məlumat C.Axundovdan alınmışdır.