Çigil çayı hövzəsində yerləşir. Əvvəllər Şamaxı qəz. Qırx təpə adlı yaylaq olmuşdur. Sonralar isə Qızmeydan kəndinə məxsus hesab edilən ərazidə qırx təpə olduğundan belə adlanmışdır. Burada həm relyefin müsbət təpə forması və həm də sayı (qırx) məkanın adında əks olunmuşdur. Qırx təpə mənşəyinə görə fəaliyyətdən qalmış palçıq vulkanı konuslarından ibarətdir.
Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.174