Ali təhsil müəssisisəsi. Ümummilli lider Heydər Əliyevin 2000 il 13 iyun tarixli 349 saylı qərarı ilə Azərbaycan Müəllimlər İnstitutu və onun filialları yaradılmışdır. AMİ-nin Şamaxı filialı həmin dövrdən fəaliyyət göstərir. Hazırda filiala f.e.f.d. T.V.Yusifova rəhbərlik edir. AMİ-nin Şamaxı filialı ölkəmizin pedaqoji kadr potensialının gücləndirilməsi, onun elmi-metodiki səviyyəsinin artırılmasında xüsusi rol oynayır. Filialda İbtidai sinif müəllimliyi, Azərbaycan dili və ədəbiyyat müəllimliyi, Tarix və coğrafiya müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi ixtisasları üzrə 447 tələbə təhsil alır. Filialda 2008 il strukturuna uyğun olan pedaqoji fakültə yaradılmışdır. Fakültənin tərkibində 3 kafedra fəaliyyət göstərir: – Dil-ədəbiyyat və onların tədrisi metodikası kafedrası; Təbiət və pedaqoji elmlər kafedrası; Humanitar və xüsusi fənlər kafedrası. Filialda əlavə təhsil üzrə “Məktəbəqədər təhsil müəssisələrinin metodistləri və tərbiyəçiləri”, “Praktik psixoloqlar”, “Məktəb kitabxanaçıları”, “İbtidai sinif müəllimləri”, Azərbaycan dili və ədəbiyyat müəllimləri”, “Milli məktəblərdə rus dili müəllimləri”, “Riyaziyyat müəllimləri”, “Fizika müəllimləri”, “Fizika və riyaziyyat müəllimləri”, “Riyaziyyat və informatika müəllimləri”, “İnformatika müəllimləri”, “Fizika-informatika müəllimləri”, “Fizika və texnologiya müəllimləri”, “Biologiya müəllimləri”, “Kimya müəllimləri”, ”Kimya-biologiya müəllimləri”, “Əmək hazırlığı müəllimləri”, “Texnologiya-rəsm xətt müəllimləri”, “Tarix müəllimləri”, “Coğrafiya müəllimləri”, “Tarix-coğrafiya müəllimləri”, “Fiziki tərbiyə müəllimləri”, “Musiqi müəllimləri” və “Təsviri incəsənət müəllimləri” ixtisasları tədris olunur.
Məlumat Azərbaycan Müəllimlər İnstitutunun rəsmi saytından www.ami.az götürülmüşdür.