Azərbaycan Respublikasında, əsasən, Ağsu, Kürdəmir və Şamaxı rayonları ərazisində çay. Uz. 89 km, hövzəsinin sahəsi 572 km². Niyaldağ silsiləsində Sarıbulaq dağından (2110 m) başlanır, kanalla Kür çayına axıdılır. Əsas qolu Sulu çayıdır. Yağış, yeraltı və qismən qar suları ilə qidalanır. Yazda və payızda daşır. Şirvan düzündə suvarmada istifadə edilir. Suyunun bir hissəsi Cavanşir su anbarına axıdılır.
Əd.: Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı, 2009, s.202