Şamaxı r-nunda göl. Güman etmək olar ki, hidronim Meylikliçala sözünün təhrif olunmuş variantıdır. Azərbaycan dilinin dialektlərində meylik/möylük “tənəklik, üzümlük” deməkdir. Yəqin ki, göl tənəkliyin yaxınlığında olduğu üçün belə adlandırılmışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s.101