(9.5.1907, Şamaxı – 24.5.1979, Bakı) – Azərbaycan mikrobioloqu və epizootoloq. Azərbaycan SSR EA akademiki. (1962), Azərbaycan SSR əməkdar elm xadimi (1958). Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda mikrobiologiya kafedrasının dosenti və müdiri (1932-59), Azərbaycan Elmi-Tədqiqat Baytarlıq Stansiyasının direktoru (1943-47), direktor müavini (1947-55), 1955-70 illərdə həmin stansiyasının əsasında yaradılmış institutun direktoru, zoologiya institutunda mikrobiologiya bölməsinin müdiri (1970-71), 1971 ildən həmin bölmənin böyük elmi işçisi-məsləhətçisi olmuşdur.
Qəniyevin qaramal və xüsusən camış pasterellyozuna qarşı hazırladığı yarımmaye formolvaksin və yarımmaye alüminium-hidroksidli formolvaksin (S. Mirzəzadə ilə birlikdə) bir sıra ölkələrdə işlədilir. Kənd təsərrüfatı heyvanları üçün təhlükəli listeriyoza qarşı vaksin (Ә. Әnnağıyev ilə birlikdə) təklif etmişdir. Qəniyev heyvanların parazit xəstəliklərinə dair Asiya ölkələrinin 4-cü Beynəlxalq regional konfransında (Alma-Ata, 1958), 9-cu Beynəlxalq mikrobioloqlar konqresində (Moskva, 1966) məruzə etmişdir. ASE elmi redaksiya şurasının üzvü olmuşdur (1976). 2 Qırmızı Әmək Bayrağı ordeni, 2 Şərəf nişanı ordeni, XTNS-nin 2 qızıl medalı ilə təltif edilmişdir.
Əd.: ASE, III cild, Bakı, 1979, s.137