Azərbaycan Respublikasının Şamaxı r-nunda düzənlik. Pirsaat çayının orta axınında (Zoğalava çayının mənsəb hissəsi), 700-750 m hündürlükdədir. Şimaldan Meysəri silsiləsi, cənubdan Şamaxı platosu ilə əhatələnir. Uzunluğu 30 km, eni 3-5 km-dir. Antropogenin allüvial-prolüvial çöküntülərindən təşkil olunmuşdur. Faydalı qazıntıları: çağıl daşı, gilcə. Yayı quraq keçən mülayim-isti iqlimi var. İllik yağıntı 500-600 mm-dir.
Əd.: ASE, IV cild, Bakı,1980, s. 338